İngiltərə millisinin baş məşqçisi istefa verdi
16.07.2024 - 14:19
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) məlumat yayıb.
Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib.
Yığma onun rəhbərliyi altında ardıcıl 2 Avropa çempionatının finalına yüksəlib və çempionluğu əldən verib.
İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub.
- Ronaldo təyyarəsini satışa çıxardı - 20 milyon funt sterlinqə
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- “Qarabağ” və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
- Dele Alli yeni komandası ilə məşqlərə başlayıb
- Konfrans Liqasında 1/8 finalın cütləri müəyyənləşdi
0
0