İngiltərə - Slovakiya matçını türkiyəli hakim idarə edəcək
28.06.2024 - 14:47
![İngiltərə - Slovakiya matçını türkiyəli hakim idarə edəcək](https://ww3.apasport.az/storage/news/2024/june/28/big/667e93ede2425667e93ede24261719571437667e93ede2421667e93ede2423.jpg)
Türkiyəli hakim Halil Umut Meler AVRO-2024-ün 1/8 final mərhələsinə təyinat alıb.
Apasport.az xəbər verir ki, o, İngiltərə - Slovakiya matçını idarə edəcək.
Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Dördüncü hakim funksiyasını isə sloveniyalı Rade Obrenoviç yerinə yetirəcək.
Qeyd edək ki, İngiltərə - Slovakiya oyunu 30 iyun saat 20:00-da oynanılacaq.
0
0