
21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qrup mərhələsində 2-cu tura yekun vurulub.
Apasport.az saytı xəbər verir ki, C qrupunda hər iki oyunu qələbə ilə başa vuran İngiltərə yığması ¼ finala vəsiqəni təmin edib.
İngilislər qrupun autsayderi İsraili məğlub ediblər. Hər hissədə bir qol vuran britaniyalılar maksimum nəticəyə imza atıblar. Qrupun digər matçında son Avropa çempionu uduzub. Almaniya yığması Çexiya ilə görüşdə meydanı xalsız tərk edib.
D qrupunda Fransa millisi ikinci qələbəsini qazanıb. Olisenin vurduğu qol matçda yeganə olub. Digər oyunda qapılara 5 qol vurulub. İtaliya 3:2 hesabı ilə qələbə qazanıb.
U-21 Avropa çempionatı
C qrupu
Çexiya – Almaniya – 2:1
İngiltərə – İsrail – 2:0
İngiltərə – 6, Çexiya – 3, Almaniya – 1, İsrail – 1 xal.
D qrupu
İsveçrə – İtaliya – 2:3
Norveç – Fransa – 0:1
Fransa – 6, İtaliya – 3, İsveçrə - 3, Norveç – 0 xal.
- Efe Baykal: "Azərbaycan Basketbol Liqası sürətlə inkişaf edir" - Müsahibə
- İsveç millisi Azərbaycanla oyun üçün heyətində dəyişiklik edib
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- Ayan Allahverdiyeva Azərbaycan çempionu oldu
- Tamlinq yığmamız dünya kubokuna hazırlaşır