![İngiltərədən gözlənilməz məğlubiyyət](https://ww3.apasport.az/storage/news/2024/june/08/big/6663f3308f43f6663f3308f44017178263526663f3308f43d6663f3308f43e.jpeg)
AVRO-2024 öncəsi milli komandalar növbəti yoxlama oyunlarını keçiriblər.
Apasport.az xəbər verir ki, İngiltərə yığması gözlənilmədən İslandiyaya uduzub.
Almaniya isə Yunanıstanla qarşılaşmada əzmkar qələbə qazanıb. Hesabda geri düşən bundestim fasilədən sonra 2 qol dəfə fərqlənib.
Çexiya Malta ilə oyunda rəqibi 7 dəfə oyuna meydandan başlamağa məcbur edib. Maltalılar buraxılan qollardan yalnız birinin əvəzini çıxa biliblər.
Yoldaşlıq oyunları
7 iyun
Çexiya – Malta – 7:1
Ermənistan – Qazaxıstan – 2:1
Belarus – Rusiya – 0:4
Rumıniya – Lixtenşteyn – 0:0
İngiltərə - İslandiya – 0:1
Almaniya – Yunanıstan – 2:1
Polşa – Ukrayna – 3:1
Şotlandiya – Finlandiya – 2:2