İngiltərənin üç klubu Arda ilə maraqlanır
10.12.2025 - 14:57
“Real”ın futbolçusu Arda Güler qışda klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, “Liverpul”, “Arsenal” və “Mançester Yunayted” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Caught Offside” portalı məlumat yayıb.
Premyer Liqa klubları arasında transferdə əsas favorit “Liverpul”dur. “Qırmızılar” Ardanı klubdan ayrılacağı gözlənilən Məhəmməd Salaha əvəzləyici kimi düşünür.
Arda bu mövsüm 21 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.
- "Kəpəz" millinin sabiq üzvünü heyətinə qatıb
- Daha bir cüdoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB
- Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
- Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu səviyyəyə qaldıracağıq"
- Bu gün Vüqar Həşimov Memorialına yekun vurulacaq
0
0