"İnter" futbolçuları meydana qara sarğı ilə çıxacaqlar
20.02.2024 - 17:32
!["İnter" futbolçuları meydana qara sarğı ilə çıxacaqlar](https://ww3.apasport.az/storage/news/2024/february/20/big/65d4a945f184465d4a945f1845170843578165d4a945f184265d4a945f1843.jpg)
"İnter" futbolçuları İspaniyanın "Atletiko" klubuna qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa qara sarğıda çıxacaqlar.
Apasport.az xəbər verir ki, qarşılaşmada Milan təmsilçisinin vəfat edən keçmiş futbolçusu Andres Breme yad ediləcək.
Matç bu gün saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Almaniya millisinin sabiq futbolçusu Andres Breme bu gün 63 yaşında dünyasını dəyişib.Veteran futbolçu 1988-1992-ci illərdə "İnter"in şərəfini qoruyub.
0
0