"İnter" İnzaqi ilə müqavilə yeniləyib
09.07.2024 - 10:35

“İnter” baş məşqçisi Simone İnzagi ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilə qədərdir.
İtaliyalı mütəxəssis komandanı idarə etdiyi hər mövsüm üçün illik 6.5 milyon avro qazanacaq. Eyni zamanda, komanda İnzaqinin rəhbərliyi altında yenidən Skudettonu qazanarsa, baş məşqçi 2 milyon avro əlavə gəlir əldə edəcək.
Qeyd edək ki, “İnter”in hazırki baş məşqçisi ilə birlikdə 1 Seriya A, 2 İtaliya kuboku, 3 superkubok çempionluğu var.
- Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq
- Azərbaycan avarçəkəni dünya ikincisi oldu
- Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib
- "Çelsi" "Mançester Siti"ni geridə qoydu: Pereyra üçün təhlükə - VİDEO
- Bakıda futbol meydançasında kütləvi dava - Yaralılar var
0
0