“İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb
05.03.2024 - 10:17
![“İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb](https://ww3.apasport.az/storage/news/2024/march/05/big/65e6ad67ba8db65e6ad67ba8dc170961648765e6ad67ba8d965e6ad67ba8da.jpeg)
"İnter" öz meydanında "Cenoa"ya qalib gələrək (2:1) çempionatdakı qələbə seriyasını artırıb.
Apaspirt.az xəbər verir ki, "İnter" üçün bu, A Seriyasında qazanılan ardıcıl doqquzuncu matçdır.
Bu, indiki "sükançı" Simone İnzaqinin rəhbərliyi altında ilk dəfə baş verib.
Daha öncə komanda 2021-ci ilin əvvəlində ardıcıl 9 qələbəlik rekorda imza atmışdı.
Antonio Kontenin dövründə bu seriya 11 matç davam edib.
Bu qələbədən sonra “İnter”in “Yuventus” üzərində xal fərqi 15-ə yüksəlib.
0
0