“İnter” müdafiəçi aldı
06.07.2022 - 13:34
“Kalyari”nin müdafiəçisi Raul Bellanova komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu bir müddətdir danışıq apardığı “İnter”ə keçib.
Klublar arasında anlaşmaya əsasən, Bellanova növbəti mövsümü icarə əsasında “neradzurra”da keçirəcək. Milanlılar onu gələn ilin yayında birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Raul Bellanova ötən mövsüm A seriyasında 31 oyunda 1 qol vurub. “Kalyari” isə B seriyasına düşüb.
- Qurban Qurbanov: “Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq“
- Salah “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
- Azərbaycan komandası Almaniyada medal qazandı - FOTO
- Bədii gimnastikanın dünya ulduzundan gənclərimiz üçün master-klass
- Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib
0
0