“İnter”dən 85 milyonluq zərər
27.10.2023 - 00:17
“İnter” 2022/23 mövsümünü 85 milyon avro zərərlə başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi açıqlama yayıb.
2023-cü il iyunun 30-a olan maliyyə hesabatında klubun 2021/22 mövsümünə nəzərən daha az zərərə uğradığı bildirilib. Bir mövsüm əvvəl “İnter”in maliyyə itkisi 140 milyon avro olub. Komandanın ümumi gəliri 425 avro təşkil edib. Komandanın xərcləri 528 milyondan 465,5 milyon enib.
Qeyd edək ki, “İnter” son mövsümdə Çempionlar Liqasının finalında oynayıb və bu amil komandanın gəlirlərinə əhəmiyyətli təsir göstərib.
- "Neftçi" avrokuboklara düşsə, bu heyətlə heç bir uğur qazana bilməyəcək" - Müsahibə
- Portuqaliya millisinin üzvü "Liverpul"un radarında
- “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- Riad Rəfiyev jurnalistlərə qarşı - Məhkəmə qərar qəbul etdi
0
0