"İnter"dən ayrıldı - YUNANISTAN KLUBUNA KEÇDİ
01.07.2026 - 13:34
"İnter"dənayrılan Stefan de Vreyin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, müdafiəçi "Panathinaikos"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, niderlandlı müdafiəçi 2025/26 mövsümündə "İnter"in heyətində A Seriyasında 11 oyuna çıxıb.
0
0