“İnter”dən yeni transfer - Rəsmi
05.07.2025 - 16:08

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “neradzurra” “Parma”dan Anj-Yoan Bonnini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Bonni başa çatan mövsümdə 37 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.
0
0