"İnter"in futbolçusu PSJ ilə anlaşdı
20.01.2023 - 21:03
"İnter"in müdafiəçisi Milan Şkrinyar mövsümün sonunda Paris klubuna keçmək üçün PSJ ilə anlaşıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı slovakiyalının Milan klubu ilə müqaviləsi iyunda başa çatacaq və bundan sonra Şkrinyar pulsuz olaraq PSJ-yə keçəcək.
Futbolçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyən "İnter"in müdafiəçini 6 ay sonra pulsuz itirməmək üçün qış transfer pəncərəsində satacağı da ehtimal edilir.
O da qeyd olunur ki, PSJ yanvarda Milan Şkrinyarı almaq üçün 10-15 milyon avro ödəməyə hazırdır.
- Qurban Qurbanov: “Futbolçularda bir az yorğunluq hiss olunur”
- “Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb
- Mehmet Topalı göndərib Mutunu gətirirlər
- Millimiz II Dünya Olimpiya Təsnifat Turnirində 9 boksçu ilə təmsil olunacaq
- Kaxaber Tsxadadze: “Belə meydançada futbol oynamaq olmaz”
0
0