"İnter"in prezidenti Cüzeppe Marotta A Seriyasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, Marotta çempionluq yarışında əsas rəqib olaraq "Atalanta"nı görür:
“Atalanta"nın inkişaf modeli bütün dünya üçün nümunə ola bilər. Bütün klubların öz xarakteri var və “Atalanta” qələbə ruhu əldə etməyi bacarıb ki, bu da asan deyil. Mövsüm irəlilədikcə təzyiqin öhdəsindən gələ bilirlər. Onlar dovşan, biz isə ovçuyuq. "Atalanta" çempionata əsas namizədlərdən biri olacaq".
Qeyd edək ki, İtaliya A seriyasının 16 turundan sonra "Atalanta" 37 xalla turnir cədvəlində birincidir. “Napoli” 35 xalla ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 1 oyun geri qalan "İnter" isə 34 xalla 3-cüdür.
- “Neftçi” – “Qarabağ” oyununun vaxtı bəlli oldu
- Qələbənin FIFA reytinqində mövqeyimizə TƏSİRİ
- "Səbail"in sabiq futbolçusu "Zirə"də çalışacaq
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- Cavid Qurbanov: “Ordumuzun şücaəti sayəsində biz Xankəndinin mərkəzində yarış keçiririk”