“İnter”in yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
09.06.2025 - 18:47
“İnter”in yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

"İnter"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu posta Kristian Kivu gətirilib.

bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı mütəxəssislə 2027-ci ilin iyuluna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Kivu futbolçu kimi 2007-2014-cü illərdə "İnter"də çıxış edib.