
İranın bir qrup futbolçusu və futbol ictimaiyyəti FIFA-dan milli komandalarının dünya çempionatından kənarlaşdırılmasını tələb edib.
Apasport.az saytının məlumatına görə, bununla bağlı ali futbol qurumuna məktub yazılıb.
Məktubda İranın öz xalqına qarşı qəddarlığa görə mundialdan çıxarılmasının zəruriliyindən bəhs edilir. Həmçinin vurğulanıb ki, ölkədə qadınların stadionlara buraxılmaması FIFA kodeksinin pozulmasıdır. Bir neçə futbolçunun hökumət tərəfindən təqib olunduğu da bildirilir. FIFA-dan İranın quruma üzvlüyünün dərhal dondurulması tələb olunub.
Qeyd edək ki, Qətərdə təşkil olunan DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. İran millisi B qrupunda İngiltərə, Uels və ABŞ-la mübarizə aparacaq.
- İlin ilk rəsmi matçı başladığı kimi bitdi - YENİLƏNİB
- Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
- Ağasəlim Mircavadov: “Qarabağ”ın məğlubiyyəti mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ
- Jalə Əliyeva Avropa çempionatını gümüş medalla başa vurdu
- Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb