İspaniya millisinin üzvü Fransada çıxış edə bilər
28.05.2025 - 22:58

Fransa Liqa 1 təmsilçilərindən “Marsel” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, komanda “Əl-Nəsr”də çıxış edən Emerik Laport ilə şifahi razılığa gəlib.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
İddialara görə, müdafiəçinin yaxın günlərdə klubla müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, 31 yaşlı oyunçu "Əl-Nəsr"ə 2023-cü ildə "Mançester Siti”dən 27,5 milyon avroya transfer olunmuşdu.
İspaniya millisinin üzvü bu mövsüm komandasının heyətində iştirak etdiyi 30 rəsmi matçda 5 qolla yadda qalıb.
0
0