İspaniyalı futbolçu ABŞ komandasının ortaq sahibi olub
21.11.2024 - 16:43
![İspaniyalı futbolçu ABŞ komandasının ortaq sahibi olub](https://ww3.apasport.az/storage/news/2024/november/21/big/673f2afb67892673f2afb678931732193019673f2afb67890673f2afb67891.jpeg)
Hazırda Avstraliya təmsilçilərindən “Vestern Sidney” forması geyinən Xuan Mata Amerika klubunun səhmlərinə şərik olub.
Apasport.az xəbər verir ki, 36 yaşlı ispaniyalı “San Dieqo”nun hissədarına çevrilib.
"San Dieqo" 2025-ci ildən ABŞ-nin MLS liqasında çıxış edəcək.
Qeyd edək ki, “Real Madrid”in yetirməsi olan Mata, karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted” və “Qalatasaray” kimi klubların şərəfini qoruyub.
0
0