İspaniyalı qolkiper “Arsenal” yolunda
08.06.2025 - 18:28
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Arsenal” heyətini qapıçı ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London təmsilçisi “Çelsi”dən Kepa Arrizabalaqanı transfer etməyə yaxındır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Arsenal” ispan qolkiperin 6 milyon avroluq sərbəstqalma məbləğini ödəməklə onu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, 30 yaşlı qapıçı başa çatan mövsümü icarə əsasında “Bornmut”da keçirib.
- “Bavariya” yapon yarımmüdafiəçi alır
- Şahin Diniyev: "Qəbələ" olmasa, o meydançalar, o uşaqlar kimə qalacaq?
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- Valdas Dambrauskas: “Çox işləməliyik və çıxış yolları axtarmalıyıq”
- Millimizin rəqibləri bəlli oldu - YENİLƏNİB
0
0