İsveç millisinin baş məşqçisi istefa verdi
20.11.2023 - 13:12
![İsveç millisinin baş məşqçisi istefa verdi](https://ww3.apasport.az/storage/news/2023/november/20/big/655b21b986a48655b21b986a491700471225655b21b986a46655b21b986a47.jpg)
İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.
Apasport.az xəbər verir ki, bunu İsveç Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra postundan ayrılıb. Onun son matçı Estoniyaya qarşı olub. Bu görüşdə isveçlilər 2:0 hesablı qələbə qazanıb.
Bunadək isə skandinaviyalılar Bakıda Azərbaycan millisi ilə görüşüb. Yığmamız mütəxəssisin komandasını 3:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasına rəhbərlik edirdi.
0
0