Ciro İmmobile ilə yollarını ayırmağı planlaşdıran "Beşiktaş" heyətinə yeni hücumçu transfer etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Monako"da çıxış edən Bril Embolodur.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer isveçrəli forvardı komandasında görmək istəyir.
"Qara qartallar" 28 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Monako" Bril Embolonu 2022-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib.
İsveçrə millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- "Qarabağ"da növbəti ayrılıqlar: RUSİYAYA YOL GÖRÜNDÜ
- Rəşad Sadıqov: “Uşaq səhvindən buraxılan qol təsir etdi”
- Ançelottidən növbəti rekord
- Taylandda faciə: Fransız futbolçu selfi çəkmək istədi, yıxılaraq öldü