![İtaliya Millətlər Liqasının bürünc mükafatını qazandı](https://ww3.apasport.az/storage/news/2023/june/18/big/648f1d960827a648f1d960827b1687100822648f1d9608278648f1d9608279.jpg)
Millətlər Liqasının 2022/23 mövsümünün bürünc mükafatçısı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, 3-cü yer uğrunda keçirilən qarşılaşmada İtaliya yığması qələbə qazanıb.
Niderland ilə keçirilən görüşə italiyalılar çox yaxşı başlayıblar. Onlar 20 dəqiqəyə iki qol vurublar. Fasilədən sonra komandalar daha 3 qol vurublar və İtaliya 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, İtaliya yığması ardıcıl ikinci dəfə Millət Liqasının bürüncü mükafatını qazanır.
UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun
Niderland – İtaliya – 1:3
Qollar: Berqvyin, 68. Viynaldum, 90 – Dimarko, 6. Frattesi, 20. Kieza, 73.