A Seriyası 2026-cı ildə İtaliya Superkubokunun keçirilməsində dəyişiklikləri təsdiqləyib.
Apasport.az xəbər verir ki, Superkubok yenidən ölkə çempionu və kubokun sahibi arasında bir matç formatında oynanılacaq.
Matç dekabrın 22-də Milandakı "San-Siro" stadionunda baş tutacaq. Superkubok uğrunda İtaliya çempionu olan "İnter" və kubokun sahibi "Latsio" mübarizə aparacaqlar.
Beləliklə, turnir 2021-ci ildən bəri ilk dəfə İtaliyaya qayıdacaq. Son dörd il ərzində həlledici matç Səudiyyə Ərəbistanında keçirilirdi.
2023–2025-ci illərdə Superkubok dörd komandanın iştirakı ilə oynadılırdı. Turnirdə A Seriyasının çempionu və vitse-çempionu, eləcə də kubokun sahibi və finalçısı çıxış edirdilər.
- Sərbəst güləş millimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu
- “Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da
- Keyn millinin tarixinə düşdü: 4-cü pilləyə yüksəldi
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- Bellingemin durumuna aydınlıq gəldi: ZƏDƏSİ CİDDİDİR