İtaliyada mərc qalmaqalı – Argentinalılar diskvalifikasiya oluna bilər
11.04.2025 - 17:36

"Yuventus" klubunun sabiq üzvləri Anxel Di Maria ("Benfika") və Leandro Paredes ("Roma") qeyri-qanuni mərc oyunlarında iştirak etməkdə ittiham olunaraq istintaqa cəlb ediliblər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.
İtaliya polisi eyni səbəblə Mattia Perin ("Yuventus"), Nikolo Zaniolo ("Fiorentina") və Veston Makkini ("Yuventus") barəsində də araşdırma aparır.
Qeyd edək ki, daha əvvəl Sandro Tonali və Nikolo Facioli qeyri-qanuni mərc oyunlarında iştiraka görə futboldan müvəqqəti uzaqlaşdırılmışdılar.
- Türkiyə kuboku: “Alanyaspor” və “Göztəpə”dən evdə qələbə
- “Qarabağ”ın daha çox qol vurmaq şansları yüksəkdir”
- "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- "Qarabağ"ın ÇL-dəki rəqibi "Fənərbaxça"nın futbolçusunu istəyir
0
0