İtaliyalı qolkiper ÇL-də həftənin oyunçusu seçilib
13.03.2025 - 18:58
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İtaliyalı qolkiper 1/8 final mərhələsinin "Liverpul"a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.
Qeyd edək ki, mükafata həmçinin Harri Keyn (“Bavariya”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) namizəd idi.
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"
- Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
- Byelsa 3-cü dəfə milli komanda çalışdıra bilər
- Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb
- Konfrans Liqası: III təsnifatın cavab oyunlarına start veriləcək
0
0