İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib
21.07.2024 - 12:03
"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib.
Apasport.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, bu gün ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanının "Əl-Şabab"ı olub. Ötən mövsüm xorvatiyalı futbolçu bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.
- Qurban Qurbanov: “Bizim üçün çox önəmli oyundur”
- Ceyhun Sultanov: "Musanın hansı liqada oynamaq şansı var idisə, ora da getdi" - MÜSAHİBƏ
- Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlanıb
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- “Çelsi” və “Arsenal”dan qələbə, “Yunayted” məğlub oldu
0
0