Jezuş “Əl-Nəsr” yolunda
29.06.2025 - 15:46

"Əl-Nəsr"in yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Jorje Jezuş çalışdıracaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Keçiddə "Əl-Nəsr"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun vasitəçi olduğu bildirilir. Jezuş bu postda Stefano Piolini əvəz edəcək.
Qeyd edək ki, 70 yaşlı mütəxəssis mayın əvvəlində "Əl-Hilal"ı tərk edib.
0
0