Jiru yeni müqavilə imzalayacaq
29.12.2022 - 14:19
Fransa millisinin və “Milan”ın futbolçusu Olivye Jirunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu İtaliya klubu ilə müqaviləni uzadacaq.
Tərəflər yeni sözləşmə ilə bağlı şifahi razılıq əldə edib. Anlaşma yaxın günlərdə rəsmiləşməlidir. Jirunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, forvard cari mövsüm klubda keçirdiyi 19 matçda 9 qol və 5 assistə imza atıb.
- "Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlanıb
- Blatter və Platininin şərti həbsi tələb olundu
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- Türkiyə Kuboku: “Beşiktaş” “Kocaelispor”la bacarmayıb
- Tunis millisi baş məşqçisi ilə yollarını ayırdı
0
0