Madrid "Atletiko"sunun hücumçusu Joao Feliks oynamaq istədiyi komandanın adını açıqlayıb.
Apasport. az saytı xəbər verir ki, 23 yaşlı forvard PSJ-yə keçmək istəyir.
Portuqaliya millisinin də şərəfini qoruyan Feliksin nümayəndələri fransızlarla danışıqlara başlayıblar. Paris klubunda hesab edirlər ki, gənc futbolçu hücum xəttinin güclənməsinə kömək edə bilər. Ancaq Joaonun transfer qiyməti onların arzularını reallaşdırmasına mane olur. Çünki “Atletiko” hücumçunu 100 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
Danışıqların davam etdiyi, PSJ rəsmilərinin qarşı tərəfdən endirim gözlədiyi qeyd olunur.
- Novruz Əzimov “Dinamo-Avto”dan ayrıldı
- “Yunayted” Onananın əvəzləyicisini İspaniyada tapdı
- Azərbaycan tamblinqçiləri Avropa çempionatının final mərhələsində
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 2 medal qazanıblar