Kabo-Verde millisinin baş məşqçisi Bubişta vəzifəsindən ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssis karyerasını Mərakeş təmsilçisi “Renessan Berkane”də davam etdirəcək. Tərəflər arasında imzalanan müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.
Bubişta 2020-ci ildən Kabo-Verde yığmasını çalışdırırdı. Onun rəhbərliyi altında komanda iki dəfə Afrika Millətlər Kubokunun pley-off mərhələsinə yüksəlib. Mütəxəssis həmçinin Kabo-Verde millisini tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxarıb. Yığma 2026-cı il dünya çempionatında 1/16 finala qədər irəliləyərək əlavə vaxtda Argentinaya məğlub olub.
Qeyd edək ki, “Renessan Berkane” 2025/2026 mövsümündə Mərakeş çempionatını ikinci pillədə başa vurub.