![Kan transferi təsdiqlədi, Levandovski vidalaşdı](https://ww3.apasport.az/storage/news/2022/july/16/big/62d2b4cd30d9f62d2b4cd30da0165797601362d2b4cd30d9a62d2b4cd30d9d.jpg)
Robert Levandovski “Bavariya” ilə vidalaşıb.
Apasport.az saytının məlumatına görə, “Barselona”ya transfer olunan polşalı ulduz futbolçu yenidən Almaniyaya qayıdacağını açıqlayıb.
O, bu dəfə komanda yoldaşları ilə vidalaşmaq üçün dönəcəyini bildirib: “Qayıdıb bütün heyətlə vidalaşacağam. Hazırlaşmağa çox vaxtım yox idi. “Bavariya”da keçirdiyim 8 il xüsusi idi, bunu unutmayacağam. Münhendə çox gözəl vaxt keçirdim. Tezliklə ayrılacağam, amma yeni komandamdakı təlim-məşq toplanışından sonra qayıdaraq vidalaşacağam və nəsə təşkil edəcəyəm”.
“Bavariya”nın rəhbəri Oliver Kan da bu keçidi təsdiqləyib. O, klublar arasında anlaşma əldə olunduğunu açıqlayıb: “Robertin transferi üçün “Barselona” ilə razılığa gəldik. Hər şey razılaşdırılıb”.
Qeyd edək ki, Robert Levandovski “Barselona” ilə 3 illik müqavilə imzalayacaq. Onun transferi ispanlara 45+5 milyon avroya başa gəlib.