Kanalesten “Rasinq”ə qayıdış: 16 ildən sonra evə qayıtdı
23.06.2026 - 13:36
Kanalesten “Rasinq”ə qayıdış: 16 ildən sonra evə qayıtdı

“Rasinq” 2026/27 mövsümü öncəsi ilk transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, Santander təmsilçisi Serxio Kanalesi heyətinə qatıb.

35 yaşlı yarımmüdafiəçi doğma klubuna 16 ildən sonra qayıdıb.

İspaniyalı futbolçu “Rasinq”lə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. O, son olaraq Meksikanın “Monterrey” klubunda çıxış edirdi və komandadan azad agent kimi ayrılıb.

Kanales “Rasinq”in əsas komandasında debütünü 2008-ci ildə edib. O, 2010-cu ildə Madrid “Real”ına transfer olunub. Təcrübəli futbolçu karyerası ərzində “Valensiya”, “Real Sosyedad” və “Betis”də də forma geyinib.

Qeyd edək ki, Serxio Kanales “Real” və “Betis”lə İspaniya kubokunun qalibi olub. “Rasinq” isə ötən mövsümün yekununda La Liqaya yüksəlib.