Kanselonun diaqnozu BİLİNDİ
05.01.2024 - 18:32
“Barselona”nın müdafiəçisi Joao Kanselo tibbi müayinədən keçib.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 29 yaşlı Kanseloya dizin medial yan bağının burxulması diaqnozu qoyulub.
Mavi qranatlar portuqaliyalı futbolçunun sağalma müddətini açıqlamayıb.
Xatırladaq ki, Kanselo La Liqanın son matçında zədələnərək 11-ci dəqiqədə əvəzlənib.
- Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
- Güləşçilərimiz Polşada beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Millimiz Yunanıstanla heç-heçə etdi - YENİLƏNİB
- Azər Bağırov: "Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır"
- Hüseynov və Dominqesdən dünya çempionatında qələbə
0
0