Kapitan “Lion”dan ayrılacaq
15.05.2025 - 18:54

Fransa Liqa 1 təmsilçilərindən “Lion”un hücumçusu Aleksandr Lakazettin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatan fransalı forvard komandadan ayrılacaq.
Bu barədə futbolçu özü açıqlama verib.
Maliyyə problemləri yaşayan klub 33 yaşlı komandanın kapitanı ilə müqaviləni yeniləməməyi qərara alıb.
Qeyd edək ki, Aleksandr Lakazett 2022-ci ilin yayından “Lion”da çıxış edir.
Fransa millisinin sabiq üzvü bu mövsümə qədər Liqa 1 təmsilçisinin heyətində ümumilikdə 390 matçda iştirak edib, 199 qol vurub və 55 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0