
Braziliya millisinin yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, bunu "pentakampeonlar"ın futbol federasiyasının mətbuat xidməti açıqlayıb.
Cənubi Amerika təmsilçisinə Karlo Ançelotti başçılıq edəcək.
Mütəxəssis mövsümün sonunda "Real"ı tərk edərək millidəki fəaliyyətinə start verəcək.
Çalışdırıcı DÇ-2026-ya qədər yığmaya rəhbərlik edəcək. O, iyun ayında komandanı Ekvador və Paraqvayla təsnifat matçlarına çıxaracaq.
Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodrigez mütəxəssisi tarixin ən yaxşısı adlandırıb:
"Braziliya millisinə Karlo Ançelottini gətirmək strateji bir həmlədən daha artığıdır. Bu, ən yuxarı pilləni geri qazanmaqda israrlı olduğumuzla bağlı dünyaya mesajdır. O, tarixdəki ən böyük məşqçidir və indi planetin ən böyük yığmasındadır. Birlikdə Braziliya futbolunun görkəmli yeni tarixini yazacağıq".