“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal vəzifəsində qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, 65 yaşlı mütəxəssis bu gün komanda ilə birlikdə məşqə çıxacaq. Bununla da onun istefasından sonra yaranan qeyri-müəyyənliyə son qoyulub.
Kartal ötən gün UEFA Çempionlar Liqasının liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlamışdı. O, qərarını klubun önünü açmaq istəyi ilə əsaslandırmışdı.
Lakin “Fənərbaxça” prezidenti Aziz Yıldırım istefanı qəbul etmədiklərini bildirmiş və Kartalın komandanın başında qalacağını açıqlamışdı.
Klub rəhbəri mütəxəssisin matç zamanı azarkeşlərdən birinin atdığı su qabından təsirləndiyini də vurğulamışdı.