Keçmiş klub prezidenti xəstəxanaya yerləşdirildi
06.01.2024 - 10:28
![Keçmiş klub prezidenti xəstəxanaya yerləşdirildi](https://ww3.apasport.az/storage/news/2024/january/06/big/6598f23505dad6598f23505dae17045222936598f23505dab6598f23505dac.jpg)
"Betis"in sabiq prezidenti Manuel Ruiz de Lopera xəstəxanaya yerləşdirilib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda 79 yaşlı Lopera xroniki bağırsaq xəstəliyi səbəbilə reanimasiyadadır.
Qeyd edək ki, 6 il əvvəl o, əməliyyat olunub. Ancaq indi yenidən səhhətində problemlər yaranıb.
De Lopera 1992-2010-cu illərdə "Betis"ə rəhbərlik edib.
0
0