Keyn “hə”, “Tottenhem” “yox” deyir
27.06.2023 - 20:47
Harri Keynin “Tottenhem”dəki gələcəyi sual altındadır.
Apasport.az saytı xəbər verir ki, ingilis futbolçu “Bavariya”ya keçməyə hazır olduğunu bildirib.
“Tottenhem” rəhbərliyi Münhen klubunun 70 milyon avroluq təklifini rədd edib. Londonlular Keynin bu yay satılmayacağı açıqlaması veriblər. Amma Harri “Bavariya” ilə müqavilənin bütün detallarını razılaşdırıb. Əgər London klubu transferə icazə verməsə, forvard 2024-cü ilin iyununda sərbəst qalacaq.
Qeyd edək ki, “Bavariya” ilə yanaşı “Mançester Yunayted”də Keynin transferində maraqlıdır.
- “Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə
- III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yenidən ikinci yerdədir
- İbrahimoviçdən karyerası ilə bağlı açıqlama
- "Araz-Naxçıvan" Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
- Premyer Liqada tarixin ən məhsuldar cütləri - SİYAHI
0
0