Keyruş Oman millisində
28.07.2025 - 12:18
Portuqaliya millisinin sabiq çalışdırıcısı Karlos Keyruşun yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, o, Oman millisinin baş məşqçisi təyin olunub.
72 yaşlı mütəxəssis ölkənin futbol federasiyası ilə 1 illik müqavilə imzalayıb.
Oman millisi DÇ-2026-nın seçmə mərhələsində Qətər və BƏƏ ilə eyni qrupda çıxış edəcək. Qrupun qalibi dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Keyruşun son iş yeri Qətər millisi olub.
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- 4 parataekvondoçumuz beynəlxalq turnirdə
- "Qarabağ" üçün şad xəbər: O, komandaya qoşulub
- “Neftçi”nin məşqçisi: “Bizim üçün önəmli qarşılaşma idi”
- İJF Hidayət Heydərov və Zelim Kotsoyevə xüsusi nişanlar göndərib
0
0