Klopp "Barselona"ya keçəcək?
08.02.2024 - 10:58
![Klopp "Barselona"ya keçəcək?](https://ww3.apasport.az/storage/news/2024/february/08/big/65c46f4c0818b65c46f4c0818c170737236465c46f4c0818965c46f4c0818a.jpg)
Almaniyalı baş məşqçi Yurgen Klopp gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 56 yaşlı mütəxəssis "Barselona" rəhbərliyinin təklifinə cavab verib.
Məlumata görə, Klopp kataloniyalılara növbəti mövsüm komandaya rəhbərlik etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Klopp 2015-ci ildən mersisaydlıların baş məşqçi postunu tutur. Almaniyalı yayda "Liverpul"dan ayrılacağını açıqlamışdı.
0
0