Klopp İtaliya nəhənginə rəhbərlik edəcək
20.05.2025 - 10:22

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, almaniyalı mütəxəssis mayın 18-də İtaliya klubundan gələn təklifi qəbul edib.
A seriyasında mövsümün bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” 6-cı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin "canavarlar"dan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.
0
0