Klopp "Tottenhem"lə matçda zədələndi
01.05.2023 - 10:52

"Liverpul"un baş məşqçisi Yurgen Klopp kuryoz hadisə ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, 55 yaşlı məşqçi Premyer Liqanın XXXIV turunun "Tottenhem"lə matçının sonunda zədələnib.
Oyunun 94-cü dəqiqəsində hücumçu Dioqo Jotanın qolundan sonra dördüncü hakimin yanına qaçaraq, vurulan qolu çılğınca qeyd edən Klopp sol budundan zədə alıb. Axsayaraq geri qayıdan alman mütəxəssis hətta bu davranışına görə sarı vərəqə də alıb.
Qeyd edək ki, görüşü 4:3 hesablı qələbə ilə başa vuran “Liverpul” 56 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.
- Slovakiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar
- “Beşiktaş”ın istədiyi futbolçu “Napoli”yə keçə bilər
- “Kür” avrokuboklarda mübarizəni dayandırdı
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
0
0