Klub prezidenti öldürüldü
26.09.2023 - 16:22
![Klub prezidenti öldürüldü](https://ww3.apasport.az/storage/news/2023/september/26/big/6512b9db5c31e6512b9db5c31f16957260436512b9db5c31c6512b9db5c31d.png)
Kolumbiyada klub prezidenti qətlə yetirilib.
Apasport.az saytı xəbər verir ki, “Tiqres” komandasının prezidenti Edqar Paez Kortes komandanın "Atletiko de Kali" ilə oyunundan (2:3) sonra güllələnib.
63 yaşlı prezident matçın ardından stadionu tərk edərkən motosikletdə olan iki nəfərin hücumuna məruz qalıb. Güllə yarası alan Kortesin hadisə yerindəcə vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Kolumbiya B divizionunda iştirak edən “Tiqres” 13 matçdan topladığı 9 xalla turnir cədvəlinin son pilləsində yer alır.
0
0