![Klublar yanvarda transferə nə qədər xərcləyib?](https://ww3.apasport.az/storage/news/2024/february/14/big/65cc44a3985f665cc44a3985f7170788573165cc44a3985f465cc44a3985f5.png)
Yanvar ayında kişi futbolunda klubların transferlər üzrə ümumi xərcləri 1,46 milyard dollar təşkil edib.
Apasport.az xəbər verir ki, bu qış transfer pəncərələri tarixində ikinci ən yüksək göstəricidir.
FİFA-nın açıqlamasında qeyd olunur ki, 2024-cü ilin yanvarında 4716 beynəlxalq transfer olub ki, bu da 2023-cü illə müqayisədə 0,6% çoxdur.
Bu ilin ilk ayında ümumi klub xərcləri 2023-cü illə müqayisədə 8,2% az olub.
Fransa klubları beynəlxalq transferlər üzrə xərclər cədvəlinə başçılıq edir - 291,9 milyon dollar.
Maraqlıdır ki, yanvarda ingilis komandalarının xərcləri keçən illə müqayisədə təxminən 80% azalıb.