Koke “Atletiko”nun əfsanəsi olmaq arzusunda
18.06.2023 - 16:56
İspaniyalı yarımmüdafiəçi Koke “Atletiko”da qalmaq arzusundadır.
Apasport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu karyerasını Madrid klubunda başa vurmağı planlayır.
“Atletiko” ilə Koke arasındakı müqavilə 2024-cü ilin yayında bitəcək. Klubun heyətində 587 oyun keçirən yarımmüdafiəçi bu göstərici ilə lider mövqeyində qərarlaşıb. Kapitan karyerasını burada başa vurub komandanın tarixində dərin iz buraxmaq niyyətindədir.
Qeyd edək ki, Koke “Atletiko”nun heyətində 47 qol vurub və 100 ötürmə edib.
- Musanın komandası Konfrans Liqası ilə vidalaşdı
- "Qarabağ" "EAFC 26"da
- Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşdı
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- Qurban Qurbanov: “Ramil Şeydayev məni aldatdı və dedi ki, Musa vursun” - MÜSAHİBƏ
0
0