Kolo Muaniyə Bundesliqadan təklif
13.11.2024 - 21:52
"Leypsiq" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub PSJ-nin hücumçusu Randal Kolo Muaninin xidmətində maraqlıdır.
Almaniya təmsilçisi onu Benjamin Şeşkonun əvəzləyicisi kimi nəzərdən keçirir. Sloveniyalının mövsümün sonunda komandanı tərk etmək ehtimalının yüksək olması "Leypsiq"i axtarışa çıxmağa məcbur edib.
Parislilər isə forvardı icarəyə göndərməyə hazırdırlar.
Qeyd edək ki, fransalı bu mövsüm PSJ-nin heyətində 10 matçda iştirak etsə də, fərqlənə bilməyib.
- Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”
- Qurban Qurbanov: “Belə bir düşüncəmiz yoxdur”
- Gimnastlarımız beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
- "Roma"nın baş məşqçisi bəlli oldu
- FİDE prezidenti: "Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu"
0
0