Kolumbiya millisinin üzvü addım-addım “Fənər”ə
28.06.2025 - 20:40
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda “Əl-Nəsr”də xoşbəxt olmayan və komandanı tərk etmək istəyən Con Duranla yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “sarı-lacivərdlilər”in idman direktoru Devin Özek 21 yaşlı hücumçunu razı salmaq məqsədilə Kolumbiyaya yollanıb.
Qeyd edək ki, Con Duran bu ilin yanvar ayında “Aston Villa”dan “Əl-Nəsr”ə 77 milyon avro qarşılığında transfer olunmuşdu.
- Azərbaycanın futzal millisinin Çexiya və Latviyaya qarşı matçlarının statistikası açıqlanıb
- Estoniya yığmasının baş məşqçisi: “Azərbaycandan başqa hamısı mükəmməl rəqibdir”
- Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
- “İmişli”də ayrılıq - RƏSMİ
- Millimizin heyəti açıqlandı
0
0