"Qalatasaray"ın müdafiəçisi Davinson Sançez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə "Əl-Əhli" yaxından maraqlanır.
Məlumata görə, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Matias Yaysl Davinson Sançez barədə onu yaxından tanıyan şəxslərdən məlumat alıb. "Əl-Əhli"nin yaxın vaxtlarda "Qalatasaray"a rəsmi təklif göndərəcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl İtaliyanın "Komo" klubunun da təcrübəli müdafiəçi ilə maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Davinson Sançezin "Qalatasaray"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalına əsasən, 29 yaşlı futbolçunun bazar dəyəri 16 milyon avro təşkil edir.
- Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş "Media turniri-5" başa çatıb
- "Çelsi" 35 milyona müdafiəçi alır
- Şkrinyarın taleyinə aydınlıq gəldi: "Fənərbaxça"ya qayıdır
- Sami Mmae: "Zubir mənə "Qarabağ"ın böyüklüyündən danışmışdı"
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”