![Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bəlli oldu - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/march/15/big/65f4004123a0565f4004123a06171048966565f4004123a0365f4004123a04.jpg)
Bu gün UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal və finalın püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
1/4 final
"Brügge" - PAOK
"Olimpiakos" - "Fənərbaxça"
"Aston Villa" - "Lill"
"V. Plzen" - "Fiorentina"
Yarımfinal
"Aston Villa" - "Lill" cütünün qalibi / "Olimpiakos" - "Fənərbaxça" cütünün qalibi
"V. Plzen" - "Fiorentina" cütünün qalibi / "Brügge" - PAOK cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.