Konfrans Liqasında 2024/25 mövsümünə start verilib
11.07.2024 - 01:19
![Konfrans Liqasında 2024/25 mövsümünə start verilib](https://ww3.apasport.az/storage/news/2024/july/11/big/668f172b645e4668f172b645e51720653611668f172b645e2668f172b645e3.jpeg)
Bu gün Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları iki matçla başlayıb.
Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. “Velej” öz meydanında “Eskaldes”lə heç-heçəyə razı olub. "Auda" isə 2:0 hesabı ilə qalib gəlib.
Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.
Konfrans Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
10 iyul
22:00. “Velej” – “Eskaldes” - 1:1
23:00. “Auda” – B-36 - 2:0
0
0